Azərbaycan BQXK-nın Xankəndidən Ermənistana xəstə aparılması barədə müraciətinə müsbət cavab verib - VİDEO

Azərbaycan BQXK-nın Xankəndidən Ermənistana xəstə aparılması barədə müraciətinə müsbət cavab verib - VİDEO Bu gün Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndindən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.
Qarabağ
19 Dekabr , 2022 13:57
Azərbaycan BQXK-nın Xankəndidən Ermənistana xəstə aparılması barədə müraciətinə müsbət cavab verib - VİDEO

Bu gün Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndindən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət edib.

“Report”un xəbərinə görə, müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.

Nəticədə BQXK-nın maşınları və ermənilərə məxsus təcili yardım avtomobili Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir. Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi