Azad olunan ərazilərə FHN-in xüsusi təlim keçmiş itləri cəlb edilib

Azad olunan ərazilərə FHN-in xüsusi təlim keçmiş itləri cəlb edilib 44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və müharibənin digər qalıqlarından təmizlənməsi prosesinə digər dövlət qurumları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaax
Qarabağ
10 Dekabr , 2021 13:42
Azad olunan ərazilərə FHN-in xüsusi təlim keçmiş itləri cəlb edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları işğaldan azad olunan ərazilərdə minalar və partlamamış hərbi sursatların təmizlənməsi işlərini intensiv şəkildə davam etdirirlər.

“Report” xəbər verir ki, əməliyyatlar əsasən, Ağdam və Füzuli rayonları istiqamətində aparılır.

Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Dekabr ayından etibarən nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran istehkamçıları ilə bərabər, kinoloqları da xüsusi təlim keçmiş minaaxtaran itlərlə prossesə qoşulub. Bu itlər sürətli şəkildə mina və partlayıcı maddələr aşkarlayır.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji taborunun Baytarlıq şöbəsinin rəisi, baş leytenant İlkin Qənbərli “Report”un əməkdaşı ilə söhbət aparan zaman bildirib ki, itlərə hər gün saxlanc yerlərində baxış keçirilir: “İtlərə səhər baxışında onların analiz məlumatları toplanılır. Kinoloqlardan hər hansı heyvanın gündəlik qidalanmasında problem və ya halsızlığın olduğunu öyrəndikdə dərhal baytarlıq klinikasında heyvanlara baxış keçirilərək müayinə olunur. Xüsusi təlim görmüş heyvanlara parazitə, bit-birəyə qarşı dərmanlar verilir, eyni zamanda vaxtında profilaktiki kompleks vaksinasiya tədbirləri həyata keçirilir”.

Qeyd edək ki, mina və ya partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal FHN-in “112” və ya Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzi xidmətinə məlumat verilməlidir.

Son xəbərlər

Orphus sistemi