Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
Qarabağ
21 İyun , 2021 13:54
Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan "Report"a verilən məlumata görə, iyunun 14-dən 19-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 89, tank əleyhinə 107 mina və 11partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 111 085 m² (111 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi