Azad edilən ərazilərdə daha 30 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 30 mina aşkarlanıb Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
Qarabağ
19 İyun , 2023 15:16
Azad edilən ərazilərdə daha 30 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan "Report"a verilən məlumata görə, iyunun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 12, tank əleyhinə 18 mina və 151 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 156 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi