Aİ-nin xüsusi nümayəndəsi: "Azərbaycan Ordusu müharibədə əhəmiyyətli təcrübə qazanıb"

Aİ-nin xüsusi nümayəndəsi: "Azərbaycan Ordusu müharibədə əhəmiyyətli təcrübə qazanıb" Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Vətən müharibəsində şəhid olan hərbi qulluqçular və mülki şəxslərin ailələrinə başsağlığı verib
Qarabağ
12 Mart , 2021 12:38
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan Ordusu müharibədə əhəmiyyətli təcrübə qazanıb
Toyvo Klaar

Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Vətən müharibəsində şəhid olan hərbi qulluqçular və mülki şəxslərin ailələrinə başsağlığı verib.

"Report" bildirir ki, o, başsağlığını martın 12-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə çatdırıb.

T.Klaar Ermənistan ilə Azərbaycan arasında baş verən bütün silahlı toqquşmaları, xüsusilə də keçən ilin payızında baş vermiş müharibəni diqqətlə izlədiyini qeyd edərək Cənubi Qafqaz regionunda sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O həmçinin bildirib ki, Avropa İttifaqı bu istiqamətdə atılan bütün addımları dəstəkləyir.

T.Klaar Azərbaycan Ordusunun bu müharibədə əhəmiyyətli təcrübə qazandığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi