ATƏT sədri: "Qarabağda müharibə başa çatdı"

ATƏT sədri: "Qarabağda müharibə başa çatdı" “İndi razılaşmaları yerinə yetirmək məqamıdır”.
Qarabağ
3 Dekabr , 2020 14:06
ATƏT sədri: Qarabağda müharibə başa çatdı
Edi Rama

“Şükürlər olsun ki, Qarabağda hərbi əməliyyatlar başa çatdı. İndi razılaşmaları yerinə yetirmək məqamıdır”.

“Report” xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniya Baş naziri, Avropa və xarici işlər naziri Edi Rama ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu gün işə başlamış 27-ci iclasında bildirib.

“ATƏT-in Minsk qrupu həmsədrlərinə tam dəstəyimi ifadə edirəm. Etimad əldə etmək şərti ilə bu münaqişənin əhatəli, uzunnmüddətli həllinə nail olmaq üçün substantiv danışıqlar davam etdirilməlidir”, – təşkilat sədri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi