​ATƏT-in Minsk qrupu həmsədrləri gələn həftə regiona səfər edəcəklər

​ATƏT-in Minsk qrupu həmsədrləri gələn həftə regiona səfər edəcəklər Oktyabrın 28-də vasitəçilər Bakıda görüşlər keçirəcəklər
Qarabağ
20 Oktyabr , 2015 14:10
​ATƏT-in Minsk qrupu həmsədrləri gələn həftə regiona səfər edəcəklər

Bakı. 20 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupu həmsədrləri gələn həftə regiona səfər edəcəklər. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, oktyabrın 26-da vasitəçilər Yerevana gələcəklər, oktyabrın 28-də isə Bakıda görüşlər keçirəcəklər.

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə jurnalistlərin sualını cavablandıran xarici işlər naziri bu məsələ ilə bağlı tələsməməyə çağırıb və bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüş zamanı məsələnin müzakirə olduğunu xatırladıb.

Son xəbərlər

Orphus sistemi