ATƏT Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin görüşü ilə bağlı bəyanat yayıb

ATƏT Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin görüşü ilə bağlı bəyanat yayıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüşüblər.
Qarabağ
29 Mart , 2019 21:59
ATƏT Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin görüşü ilə bağlı bəyanat yayıb

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüşüblər".

"Report" xəbər verir ki, bu barədə ATƏT-in yaydığı bəyanatda qeyd edilir. 

Bildirilir ki, görüşdə həmçinin iki ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov,  Zohrab Mnaçakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

"Görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini aydınlaşdırmağa imkan verib. Onlar əsasən nizamasalma prosesinin əsas məsələləri üzrə fikirlər və ideyalar ətrafında fikir mübadiləsi aparıblar. Hər iki lider sülh şəraiti vəziyyətinin yaradılması və münaqişənin dinc yolla həllinin tapılması üçün danışıqlar prosesində konkret və hiss olunan addımların qəbulunun əhəmiyyətini vurğulayıblar", - deyə ATƏT-in bəyanatında bildirilir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan öz ölkələrinin XİN rəhbərlərinə yaxın gələcəkdə yenidən həmsədrlərlə görüşməyi tapşırıblar. Onlar həmçinin birbaşa dialoqu davam etdirməyi razılaşdırıblar.

Son xəbərlər

Orphus sistemi