AŞ-nin Baş katibi: "Azərbaycan və Ermənistana davamlı sülh üçün təkliflərimiz hazırdır"

AŞ-nin Baş katibi: "Azərbaycan və Ermənistana davamlı sülh üçün təkliflərimiz hazırdır" "Bunun üçün inam, xüsusilə qarşılıqlı inamın yaranması vacibdir"
Qarabağ
205
20 Aprel , 2021 17:12
AŞ-nin Baş katibi: Azərbaycan və Ermənistana davamlı sülh üçün təkliflərimiz hazırdır
Mariya Peyçinoviç Buriç

"Əsas məsələ Azərbaycanla Ermənistan arasında davamlı sülhün yaradılmasıdır".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı deyib.

"Biz artıq ölkələrdən danışmamalıyıq, ölkələrlə danışmalıyıq. Dialoq qurmaq bizim təşkilatın əsas missiyalarındandır. Qarabağ məsələsində də bu dialoqu yaratmaq çox vacibdir. Biz əlimizdən gələni etdik ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Lakin müharibə başladı və artıq atəşkəs əldə olunub. İndi əsas məsələ davamlı sülhün yaradılmasıdır. Bunun üçün inam, xüsusilə qarşılıqlı inamın yaranması vacibdir. Təəssüf ki, hələlik bu qarşılıqlı inamın yaranması üçün əngəl olan bir sıra bəyanatlar hələ də eşidilir. Biz öz tərəfimizdən atəşkəs əldə olunduqdan sonra həm Bakıda, həm də Yerevanda olduq, hər iki tərəflə dialoq qurmağa nail olduq. Bu görüşlər uğurlu oldu. Bu gün bizim hər iki tərəfə davamlı sülhün əldə olunması üçün bir sıra təkliflərimiz hazırdır", - o bildirib.

Son xəbərlər

Orphus sistemi