​Argentinada Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə tədbir keçirilib

​Argentinada Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə tədbir keçirilib Səfirliyin müvəqqəti işlər vəkil tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib
Qarabağ
23 Fevral , 2016 14:24
​Argentinada Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə tədbir keçirilib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın Argentinadakı səfirliyində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Azərbaycan XİN-dən “Report”a verilən məlumata görə, səfirlik və Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrası tərəfindən təşkil olunan tədbirdə həmin universitetin professor-müəllim heyətinin üzvləri və 2015-ci ildə keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə qatılmış tələbələr iştirak edib.

Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Rəşad Aslanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verib. Tədbir iştirakçılarına 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırım, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilib, güclü erməni diasporası olan Argentinada da Xocalı, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin yayılmasının zəruriliyi qeyd edilib.

Tədbirin sonunda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilib, tədbir iştirakçılarına Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ispan dilində kitab və jurnallar təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi