​​​​​​​Angela Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"

​​​​​​​Angela Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır" "Dağlıq Qarabağda baş verdiyi kimi dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmadığı zamanı qanunlar tətbiq edilməlidir"
Qarabağ
451
20 Aprel , 2021 12:42
​​​​​​​Angela Merkeldən Qarabağ açıqlaması: Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır
Angela Merkel
0 : 00
0 : 00

"Dağlıq Qarabağda baş verdiyi kimi dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmadığı zaman beynəlxalq hüquq normaları tətbiq edilməlidir".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında videokonfrans vasitəsilə çıxışı zamanı bildirib.

"Birlikdə qəbul edilmiş qanunlara riayət edilməsi vacibdir. Bu qanunlar sülhə təhlükə yarandığı zaman tətbiq edilməlidir. Bu qanunlara dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilmədiyi zaman tətbiq edilməlidir. Dağlıq Qarabağı misal göstərmək olar. Bu zaman Avropa Şurası vacib rol oynamalıdır. Avropa Şurasının bütün institutları bu işdə bir-biri ilə əməkdaşlıq etməlidirlər", - o bildirib.

Son xəbərlər

Orphus sistemi