ANAMA və BMTİP-nin birgə layihəsi 18 ay müddətinə nəzərdə tutulub

ANAMA və BMTİP-nin birgə layihəsi 18 ay müddətinə nəzərdə tutulub “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) “Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin imkanlarının artırılması
Qarabağ
7 Fevral , 2023 15:35
ANAMA və BMTİP-nin birgə layihəsi 18 ay müddətinə nəzərdə tutulub

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) “Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin imkanlarının artırılmasına dəstək” birgə layihəsi 18 ay müddətinə nəzərdə tutulub”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

“Layihənin müddəti 18 aydır, lakin onun uzadılacağına ümid edirik”, - o bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində ANAMA-nın informasiya sistemi təkmilləşdiriləcək, QHT-lərdə minatəmizləmə üzrə yeni qruplar və ilk dəfə olaraq qadın minatəmizləmə komandaları yaradılacaq.

V.Süleymanov məlumat verib ki, Azərbaycana minaaxataran siçovullar və itlər gətiriləcək.

Son xəbərlər

Orphus sistemi