ANAMA: Tərtər və Ağdamda zenit mərmiləri və piyada əleyhinə minalar aşkarlanıb

ANAMA: Tərtər və Ağdamda zenit mərmiləri və piyada əleyhinə minalar aşkarlanıb Gün ərzində 37 min 750 kvadratmetr ərazi təmizlənib
Qarabağ
13 İyun , 2016 19:41
ANAMA: Tərtər və Ağdamda zenit mərmiləri və piyada əleyhinə minalar aşkarlanıb

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Ağdam və Tərtər rayonlarında aşkarlanmış partlamamış hərbi sursatlar barədə hesabat yayıb. 

Agentlikdən "Report"a verilən məlumata görə, iyunun 13-də 3 ev və həyətyanı sahəyə, 5 əkin sahəsinə, 12 partlayış yerinə baxış keçirilib. Tərtər rayonunun Cəmilli kəndində dörd partlamamış hərbi sursat - “9M22U” "Qrad" raketinin iki mühərrik hissəsi və 23 millimetrlik iki zenit mərmisi aşkar edilərək götürülüb. Ağdam rayonunun Əfətli kəndində piyada əleyhinə iki “PMN-E” minası aşkar olunub. Gün ərzində 37 min 750 kvadratmetr ərazi təmizlənib.

Tərtər rayonunun Şıxarx, Qapanlı kəndlərində, Füzuli rayonunun Horadiz şəhərində ev və həyətyanı sahələrə, partlayış yerlərinə baxış zamanı partlamamış hərbi sursat aşkar edilməyib. Cəmi 23 min 750 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 13-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 598 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 22 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. Ümumilikdə 1526 partlamamış hərbi sursat, piyada əleyhinə 16, o cümlədən 3 “POMZ-2”, həmçinin tank əleyhinə 7 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi