ANAMA Ağalıda mina təhlükəsizliyi ilə bağlı təlim keçib

ANAMA Ağalıda mina təhlükəsizliyi ilə bağlı təlim keçib Ağalı kəndinə köçürülən əhaliyə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən partlayıc
Qarabağ
12 Sentyabr , 2022 17:40
ANAMA Ağalıda mina təhlükəsizliyi ilə bağlı təlim keçib

Zəngilan rayonunun erməni işğalından azad olunan və azərbaycanlı məcburi köçkünlərin qayıtmağa başladığı Ağalı kəndində mina təhlükəsizliyi ilə bağlı təlim keçirilib.

“Report” xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tviterdə məlumat yayıb.

Təlim xüsusi nümayəndəliyin təşkilatçılığı ilə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən keçirilib.

Son xəbərlər

Orphus sistemi