Bakı. 20 iyun. REPORT.AZ/ “Bu gün Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterbuq şəhərində keçirilmiş üçtərəfli görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımdır”.
“Report”un məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik twitter səhifəsində yazıb.
O qeyd edib ki, görüşün yekununda bəyanat qəbul olunub: “Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində işləməliyik”.