Altı aydır komada qalan Vətən müharibəsi qazisi şəhid olub

Altı aydır komada qalan Vətən müharibəsi qazisi şəhid olub Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalan hərbi qulluqçusu Nurlan Əbilov şəhid olub.
Qarabağ
805
19 Aprel , 2021 11:02
Altı aydır komada qalan Vətən müharibəsi qazisi şəhid olub

Azərbaycan Ordusunun Vətən müharibəsində ağır yaralanaraq 6 aydır koma vəziyyətində qalan hərbi qulluqçusu Nurlan Əbilov şəhid olub.

Bu barədə “Report”a Masallı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonun Ağakişibəyli kəndindən olan 26 yaşlı N.Əbilov bu gün səhər saatlarında şəhidlik zirvəsinə ucalıb.

O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olan N.Əbilov Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. O, oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

N.Əbilovun 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi