"Vətən müharibəsində Ali Hərbi Məktəbin müəllim-zabit, komandir heyəti ilə ilə yanaşı 4-cü kursda təhsil alan kurstaları da iştirak edib. Bu kursda oxuyanlara "kiçik leytenant" hərbi rütbəsi verilmişdi".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Fizuli Salahov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan qələbədə iştirak edən məktəbin 600 nəfərə yaxın hərbi qulluqçusundan 10 nəfər şəhid olub, 23 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar: "Şəhid olanlardan 5-i zabit müəllimlər, 5-i isə 4 kursdan müharibəyə göndərilən kiçik leytenantlardır. Ali Hərbi Məktəbin müəllimi, şəhid polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu ən yüksək "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb".