Ali Baş Komandan: “Düşmən bu cinayətlərə görə cavab verəcək”

Ali Baş Komandan: “Düşmən bu cinayətlərə görə cavab verəcək” “Cəbrayıl rayonunun ərazisindəyik. Azad edilmiş torpaqlardayıq. Sağ tərəfdə ermənilər tərəfindən dağıdılmış kəndlərimizdir. Gedirik Qubadlı rayonuna.
Qarabağ
780
23 Dekabr , 2020 23:08
Ali Baş Komandan: “Düşmən bu cinayətlərə görə cavab verəcək”
Mehriban Əliyeva və İlham Əliyev
0 : 00
0 : 00

“Cəbrayıl rayonunun ərazisindəyik. Azad edilmiş torpaqlardayıq. Sağ tərəfdə ermənilər tərəfindən dağıdılmış kəndlərimizdir. Gedirik Qubadlı rayonuna.

Dağıdılmış üzüm bağları. Bütün kəndlər dağıdılıb. Yolun sol və sağ tərəfində olan dirəklər torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində qoyulub”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı deyib.

“Bütün kəndlər dağıdılılb. Düşmən bu cinayətlərə görə cavab verəcək. Bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir.

Sovet vaxtından qalan abidə, İkinci Dünya müharibəsinə həsr edilmiş abidədir, onu da dağıdıblar”, - deyə Ali Baş Komandan əlavə edib.

Dövlət rəhbərinin videogörüntülərini Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Son xəbərlər

Orphus sistemi