Alessandra Rokkasalvo: UNDP Qarabağda fəaliyyətini genişləndirməyi planlaşdırır

Alessandra Rokkasalvo: UNDP Qarabağda fəaliyyətini genişləndirməyi planlaşdırır BMT-nin İnkişaf Proqramı (UNDP) səylərini Azərbaycanın Qarabağ bölgəsində iqtisadi təlimlərin keçirilməsi, özünüməşğulluğun dəstəklənməsi və kiçik və orta biznesin inkişafına yönəltməklə fəaliyyətini genişləndirməyi planlaşdırır.
Qarabağ
18 Sentyabr , 2024 18:19
Alessandra Rokkasalvo: UNDP Qarabağda fəaliyyətini genişləndirməyi planlaşdırır

BMT-nin İnkişaf Proqramı (UNDP) səylərini Azərbaycanın Qarabağ bölgəsində iqtisadi təlimlərin keçirilməsi, özünüməşğulluğun dəstəklənməsi, kiçik və orta biznesin inkişafına yönəltməklə fəaliyyətini genişləndirməyi planlaşdırır.

Bunu "Report"a açıqlamasında proqramın Azərbaycandakı rezident nümayəndəsi Alessandra Rokkasalvo deyib.

Onun sözlərinə görə, UNDP Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir.

“Biz minatəmizləmə fəaliyyəti, minalardan təmizləmə üzrə təlim və zərərçəkənlərə yardım istiqamətində çox işlər görürük. Lakin gələcəkdə iqtisadi təlim, özünüməşğulluq, kiçik və orta biznesin inkişafı sahələrində fəaliyyətimizi genişləndirəcəyimizə ümid edirik”, - nümayəndə qeyd edib.

A.Rokkasalvo regiona bir neçə dəfə səfər etdiyini və bərpa işlərinin gedişatına heyran olduğunu vurğulayıb.

“Mən Qarabağda bir neçə dəfə olmuşam, ona görə də bu, mənim ilk səfərim deyil. Hər bir region öz təbiəti və imkanlarına görə fərqlənir. Mən xüsusilə Kəlbəcəri görməyə şadam. Bərpa işləri, inşa edilən su elektrik stansiyası və yaşayış kompleksi məndə böyük təəssürat yaratdı. Ümid edirəm ki, növbəti illərdə mümkün qədər çox insan buraya qayıdacaq və Qarabağın iqtisadi bərpasına töhfə verəcək”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi