Alban-Udi Xristian Dini İcmasının üzvləri Suqovuşanda məbəd, Talış kəndində kilsəni ziyarət ediblər

Alban-Udi Xristian Dini İcmasının üzvləri Suqovuşanda məbəd, Talış kəndində kilsəni ziyarət ediblər Alban-Udi Xristian Dini İcmasının üzvləri işğaldan azad edilən Suqovuşan və Talış kəndinə səfəri başlayıb
Qarabağ
31 Mart , 2022 14:36
Alban-Udi Xristian Dini İcmasının üzvləri Suqovuşanda məbəd, Talış kəndində kilsəni ziyarət ediblər

Alban-Udi Xristian Dini İcmasının üzvləri soyqırım qurbanlarının xatirəsini yad etmək üçün Suqovuşana səfərləri zamanı V əsrə aid olan Alban kilsəsini ziyarət ediblər.

"Report"un yerli bürosu xəbər verir ki, ermənilərin 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində yerləşən tarixi-mədəni irsimizi silmək və özününküləşdirmək məqsədi ilə kilsə və məbədlərin xarici görünüşündə müxtəlif dəyişikliklər ediblər.

Ermənilər 1898-ci ildə Suqovuşan qəsəbəsində yerləşən V əsrə aid Alban kilsəsini də özününküləşdirmək məqsədi ilə restavrasiya adı ilə abidənin xaricini görünüşünü dəyişiliklərə məruz qoyublar.

Qeyd edək ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsində yerləşən alban məbədi Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən 4035 saylı inventarla ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.

14:20

Alban-Udi Xristian Dini İcmasının üzvləri işğaldan azad olunmuş ərazilərdə məbəd və kilsələri ziyarət ediblər.

"Report" yerli bürosunun məlumatına görə, icma üzvləri 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunan Suqovuşan qəsbəsində və Talış kəndində yerləşən Alban kilsələrini və məbədləri ziyarət ediblər.

İcma üzvləri dini ayinlərini yerinə yetirib və dualar oxuyublar.

13:01

Alban-Udi Xristian Dini İcmasının üzvləri işğaldan azad edilən Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri başlayıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, icma üzvləri Talış və Suqovuşanda dini məbədləri ziyarət edəcək, 31 Mart soyqırımı qurbanlarının xatirəsini anacaqlar.

İcma üzvlşərinin əvvəlcə Talış kəndində, daha sonra isə Suqovuşan qəsəbəsində yerləşən Alban məbəd və kilsələrini ziyarət edib, dini ayinlərini yerinə yetirəcək və dualar oxuyacaqlar.

Son xəbərlər

Orphus sistemi