Aİ-nin xüsusi nümayəndəsi: "30 illik işğal Ağdamda dərin izlər buraxıb"

Aİ-nin xüsusi nümayəndəsi: "30 illik işğal Ağdamda dərin izlər buraxıb" Avropa İttifaqı müharibənin kədərli fəsadlarını aradan qaldırmaq üçün Azərbaycan və Ermənistanla ilə işləməyi davam etdirməyə hazırdır.
Qarabağ
168
17 Sentyabr , 2021 17:04
Aİ-nin xüsusi nümayəndəsi: 30 illik işğal Ağdamda dərin izlər buraxıb

"Avropa İttifaqı müharibənin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycan və Ermənistanla işləməyi davam etdirməyə hazırdır".

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdam rayonuna səfəri zamanı bildirib.

“30 illik işğal dərin izlər buraxıb. Müharibənin dəhşətli bir şey olduğunu yadda saxlamaq lazımdır. Bununla belə, gələcəyə baxmaq lazımdır. Aİ bunun bir nümunəsidir”, - Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.

O, Avropa ölkələrinin tarix boyu münaqişə və müharibələrlə üzləşməsinə rəğmən bütün fikir ayrılıqlarını arxada qoymağı bacardıqlarını xatırladıb.

“Avropada da kilsələr, qəbiristanlıqlar, abidələr dağıdılmışdı. Bu, çox acı xatirələrdir, lakin liderlərimiz İkinci Dünya Müharibəsindən sonra qərara gəldilər ki, gələcəyə baxmalı, daha yaxşı Avropanı bərpa etməliyik. Düşünürəm ki, bu nümunə burada da keçərli ola bilər. Avropa İttifaqı iki dünya müharibəsinin ağır nəticələrinin arxada qoyulması təcrübəsini Azərbaycan və Ermənistan ilə bölüşməyə hazırdır. Fərqli və daha yaxşı gələcəyi tapmağa kömək etmək üçün Azərbaycan və Ermənistan ilə işləməyə hazırıq”, - T.Klaar deyib.

Son xəbərlər

Orphus sistemi