Ağdamda 1 ədəd partlamamış top mərmisi aşkarlanıb

Ağdamda 1 ədəd partlamamış top mərmisi aşkarlanıb ANAMA 500 kv.m ərazidə yoxlanış aparıb
Qarabağ
23 Yanvar , 2017 12:24
Ağdamda 1 ədəd partlamamış top mərmisi aşkarlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Ağdam rayonunda 1 ədəd partlamamış hərbi sursat aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a bildirilib ki, rayonun Kiçikli kəndində su arxında 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi OF-462) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA 500 kv.m ərazidə yoxlanış aparıb.

Ümumilikdə Agentlik yanvarın 1-dən yanvarın 23-dək Ağdam, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirib, 1 237 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirib, 13 010 kv.m ərazi yoxlayıb.

Son xəbərlər

Orphus sistemi