Ruslan Muradov: "Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda sürpriz minalar ola bilər"

Ruslan Muradov: "Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda sürpriz minalar ola bilər" "Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda sürpriz minalar ola bilər".
Qarabağ
28 Fevral , 2023 13:09
Ruslan Muradov: Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda sürpriz minalar ola bilər

"Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda sürpriz minalar ola bilər".

"Report"un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu layihəni icra edən "Safe Point" şirkətinin əməliyyat bölməsinin meneceri Ruslan Muradov deyib.

Onun sözlərinə görə, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda minaxtarma ilə bağlı əməliyyatlar davam edir: "Prezident İlham Əliyevin göstərişinə əsasən, yol təmizlənərək istifadəyə verilməlidir. Yolun uzunluğu 7,5 km-dir. Qeyri-texniki tədqiqat nəticəsində təhlükəli sektordan - Əfətli kəndindən başlamışıq. Bu isə öz növbəsində 25 hektar ərazini əhatə edir. Uzun və təhlükəli prosesdir. İndiyə kimi tank əleyhinə minalar - TM62, P3 və P2, eyni zamanda piyada əleyhinə minalar PMD və PM aşkarlanıb. Bizim tərəfimizdən sürpriz minalar aşkarlanmayıb. Lakin ərazi haqqında əldə etdiyimiz məlumata görə, sürpriz minaların olması gözləniləndir. Çünki ön xətt boyunca sürpriz minaların olması taktiki cəhətdən məqsədəuyğun hesab edilir".

Son xəbərlər

Orphus sistemi