AFP Azərbaycan istehkamçılarının Qarabağın minalardan təmizlənməsində rolundan bəhs edib
- 12 noyabr, 2026
- 10:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın uzun illər ərzində Ermənistanın işğalı altında olmuş Qarabağ və ətraf rayonları dünyada minalarla ən çox çirklənmiş ərazilərdən biri olaraq qalır.
"Report" xəbər verir ki, bu barədə "France Presse" (AFP) agentliyinin Azərbaycanın Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndindən hazırladığı reportajda qeyd olunub.
Materialda keçmiş cəbhə xəttində Rokki adlı iti ilə birlikdə mina və partlamamış hərbi sursatların axtarışı ilə məşğul olan minaaxtaran it bələdçisi Əfsanə Bayramovadan bəhs edilib.
"Onların işi keçmiş məcburi köçkünlərin doğma yaşayış məntəqələrinə təhlükəsiz şəkildə qayıtması üçün şərait yaratmağa kömək edir", - agentlik vurğulayıb.
Ə.Bayramova ənənəvi olaraq kişilərin çalışdığı minatəmizləmə sahəsində fəaliyyət göstərən azsaylı qadınlardan biridir. Onun tərəfdaşı Rokki Xorvatiyadan gətirilmiş Belçika malinua cinsindən olan itdir.
Bələdçisinin sözlərinə görə, it ehtimal olunan tapıntı barədə iyləyərək, quyruğunu bulayaraq, sonra isə oturub müəyyən bir yerə diqqətlə baxaraq işarə verir: "Biz hər bir işarəni minanın aşkarlanması kimi qiymətləndiririk".
Xəbər yenilənir