ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ağdama səfəri başa çatıb - YENİLƏNİB-2

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ağdama səfəri başa çatıb - YENİLƏNİB-2 Nümayəndə heyətinə işğal dövründə ermənilərin Ağdamda törətdikləri vandalizm aktları barədə məlumat verilib
Qarabağ
22 May , 2021 16:13
ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ağdama səfəri başa çatıb - YENİLƏNİB-2

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad edilən Ağdam şəhərinə səfəri başa çatıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olublar.

Eyni zamanda qonaqlar Pənahəli xanın sarayına baş çəkib, tarixi Şahbulaq qalasında olublar.

Nümayəndə heyətinə işğal dövründə ermənilərin Ağdamda törətdikləri vandalizm aktları barədə məlumat verilib.

14.21

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistan işğalından azad edilən Ağdam şəhərinə səfəri davam edir.

"Report"un Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti Ağdamda Pənahəli xanın sarayına baş çəkib.

Onlar sarayın həyətində olan və ermənilər tərəfindən dağıdılan qəbirlərə baxış keçiriblər. Burada mərkəzin təmsilçilərinə ermənilərin törətdikləri vandalizm aktları barədə məlumat verilib. Qeyd edilib ki, işğal dövründə ermənilər bu qədim tarixi abidədə donuz saxlayıblar.

13.30

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyətinin ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olması nəzərdə tutulur.

Tərkibində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, Michaell Repass, Rocet Kangas və Uermey Cohen olan nümayəndi heyəti Ağdam məscidini ziyarət edib.

Son xəbərlər

Orphus sistemi