ABŞ-dan Xocalı soyqırımını tanımaq tələb olunub

ABŞ-dan Xocalı soyqırımını tanımaq tələb olunub ABŞ-ın Meyn ştatında fəaliyyət göstərən, qabaqcıl təhsil ocaqlarından biri olan Cənubi Meyn Universitetində (University of Southern Maine) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “İnsanlığa qarşı cinayət” mövzusunda təqdimat keçirilib.
Qarabağ
18 Fevral , 2022 10:51
ABŞ-dan Xocalı soyqırımını tanımaq tələb olunub

ABŞ-ın Meyn ştatında fəaliyyət göstərən, qabaqcıl təhsil ocaqlarından biri olan Cənubi Meyn Universitetində (University of Southern Maine) keçirilən tədbirdə rəsmi Vaşinqtondan Xocalı soyqırımını tanımaq tələb olunub.

“Report”un yerli bürosu xəbər verir ki, ali məktəbdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “İnsanlığa qarşı cinayət” mövzusunda təqdimat keçirilib.

Təqdimat Cənubi Meyn Universitetində təhsil alan azərbaycanlı Rüstəm Əhmədovun təşəbbüsü və Meyn ştatında fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə baş tutub.

Tədbirdə ali təhsil müəssisəsinin professor-müəllim, tələbə heyəti və KİV təmsilçiləri iştirak ediblər.

R.Əhmədov qonaqlara bəşər tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı soyqırımı haqqında geniş məlumat verib. O deyib ki, erməni silahlılarının vəhşiliyi nəticəsində Xocalıda günahsız insanlar, o cümlədən yaşlı və körpələr xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb.

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. O, ermənilərin qəddarlıqla işlədiyi bu misilsiz cinayətin bütün dünyada tanınmasının və bu vəhşiliyi törədənlərin hüquq qarşısında cavab verməsinin vacibliyinə diqqət çəkib.

Tədbirdə çıxış edən Şimali Karolina Sülh Mərkəzinin qurucusu, amerikalı müsəlman, ictimai fəal Faisal Khan çıxışında Xocalı faciəsini XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Holokost soyqırımı, Ruanda, Darfur, Srebrinitsa, Birma müsəlmanların faciələri ilə müqayisə edib.

Qısa müddət Azərbaycanda yaşadığını deyən F.Khan Xocalı faciəsinin canlı şahidləri ilə söhbətlərindən xatirələrini paylaşaraq Xocalıda ermənilərin törətdiyi cinayəti əsrin faciəsi adlandırıb. O, Amerika və dünya ictimaiyyətini Xocalıda törədilən soyqırıma ədalət kampaniyasına qoşulmağa və Xocalı haqqında həqiqətlərin dünyada tanıdılmasına çağırıb. F.Khan ABŞ-ın bu faciəni Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanımasını tələb edib.

Son xəbərlər

Orphus sistemi