ABŞ-dakı Sultan Əyyub məscidində Vətən müharibəsi şəhidləri anılıb

ABŞ-dakı Sultan Əyyub məscidində Vətən müharibəsi şəhidləri anılıb ABŞ-ın Nyu-York şəhərində yaşayan həmvətənlərimiz 44 günlük Vətən müharibəsinin şəhidlərini anmaq üçün Bruklindəki Sultan Əyyub məscidində toplaşıblar.
Qarabağ
865
2 Dekabr , 2020 18:38
ABŞ-dakı Sultan Əyyub məscidində Vətən müharibəsi şəhidləri anılıb

ABŞ-ın Nyu-York şəhərində yaşayan həmvətənlərimiz 44 günlük Vətən müharibəsinin şəhidlərini anmaq üçün Bruklindəki Sultan Əyyub məscidində toplaşıblar.

"Report"un xüsusi müxbiri xəbər verir ki, tədbir Azərbaycan - Nyu-York Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və erməni terrorunun qurbanı olan mülki şəxslərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, həmçinin dualar oxuyublar.

Assosiasiyanın rəhbəri Ercan Yerdələnli bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi qələbə bütün dünya azərbaycanlılarını, o cümlədən ABŞ-da yaşayan soydaşlarımızı çox sevindirir: "ABŞ-da Azərbaycan diasporu hər zaman erməni yalanlarını ifşa etmək və həqiqətləri bütün dünyaya çatdırmaq üçün əllərindən gələni edib. İşğaldan azad edilmiş torpaqlarımızda olan tarixi abidələrinin, zəngin təbii sərvətlərinin tanınması və ölkəmizin milli-mənəvi dəyərlərinin dünya ictimayyətinə təqdim olunması istiqamətində davamlı işlər aparılacaq".

Çıxışlarda ABŞ-da Azərbaycan icmasının erməni diasporu ilə apardığı uğurlu mübarizədən də danışılıb.

Tədbirin sonunda türk məscidinin imamı döyüşlər vaxtı şəhid olan soydaşlarımızın ruhuna dualar oxuyub və tədbir iştirakçıları üçün ehsan süfrəsi təşkil edilib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi