ATƏT PA-nın prezidenti və Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ATƏT PA-nın prezidenti və Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Qarabağ
27 Noyabr , 2019 18:13
ATƏT PA-nın prezidenti və Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesindəki xüsusi rolu barədə müzakirələr aparılıb.

Tərəflər həmçinin regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.

Gürcüstan və Ermənistan arasındakı qarşılıqlı əlaqələr də müzakirə mövzularından olub. 

Son xəbərlər

Orphus sistemi