Bakı. 11 aprel.
MSK-nın Media və ictimai əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, səsvermə başlayan andan - saat 08:00-dan saat 15:00-dək “Qaynar xətt”ə 100-ə yaxın müraciət daxil olub. Bildirilib ki, bunlar sorğu xarakterlidir, “Qaynar xətt”ə şikayət xarakterli məlumat daxil olmayıb.