Yuxarı
    Bağlamaq

    BP şirkətinin baş icraçı direktoru Azərbaycan Prezidentini təbrik edib

    Bakı. 17 aprel. REPORT.AZ/ BP şirkətinin baş icraçı direktoru Robert Dadli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

    "Cənab Prezident İlham Əliyev.

    Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi BP şirkətinin adından səmimi qəlbdən təbrik edirəm. Ali dövləti vəzifənizdə uğurlarınızın davamlı olmasını arzulayıram.

    Müasir müstəqil Azərbaycan çox qısa bir müddət ərzində özünü regionun güclü dövlətlərindən birinə çevirə bilib. BP şirkəti olaraq biz Azərbaycanın dünyanın aparıcı neft və qaz istehsal edən ölkələrindən birinə çevrilməsinə göstərdiyimiz dəstəyə görə iftixar hissi duyuruq. Ölkənizlə olan bu tərəfdaşlığımızı gələcəkdə də uzun müddət davam etdirmək arzusundayıq.

    Sizə ən yüksək ehtiramımı bildirirəm.

    Cənab Prezident, yaxın vaxtlarda Sizinlə görüşməyə ümidvaram".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi