Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 79 gəmisində 1486 dənizçi səs verib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 79 gəmisində 1486 dənizçi səs verib Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmilərdə olan dənizçilərinin səsverməsi 100 faiz təmin olunub.
Daxili siyasət
11 Aprel , 2018 18:39
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 79 gəmisində 1486 dənizçi səs verib

Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmilərdə olan dənizçilərinin səsverməsi 100 faiz təmin olunub.

Bu barədə "Report"a QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 79 gəmisində 1486 dənizçinin seçkidə iştirakı təmin edilib. Belə ki, gəmilərdə radioqram və mail vasitəsilə dənizçilərin səsi Gəmiçilikdə yaradılan 35 saylı seçki məntəqəsinə göndərilib və bu səslər məntəqədən 29 saylı Səbail seçki dairəsinə daxil olacaq.

Xatırladaq ki, 79 gəmidən 13-ü Qara dəniz və Aralıq dənizi hövzələrində üzən gəmilərdir. Bakı vaxtı ilə saat 15.30-da üzən heyətin səsverməsi 100 faiz təmin olunub.

Son xəbərlər

Orphus sistemi