Yuxarı

​Rusiyalı yüngül atletlərin olimpiadada iştirakına icazə verilməyib

İAAF Yelena İsinbayevanın beynəlxalq yarışlarda iştirakı ilə bağlı ərzəsini rədd edib

Bakı. 10 iyul. REPORT.AZ/Yüngül Atletika üzrə Beynəlxalq Federasiyalar Assosiasiyası (İAAF)ikiqat olimpiya çempionu, rusiyalı atlet Yelena İsinbayevanın beynəlxalq yarışlarda, o cümlədən 2016-cı ildə Braziliyada keçiriləcək olimpiadada iştirakı ilə bağlı ərzəsini rədd edib.

"Report" TASSa istinadən xəbər verir ki, bu haqda idmançının məşqçisi Yevgeni Trofimov bildirib.

"Elenaya və başqa yüngül atletlərimizə imtina cavabı gəlib. Görünür, Rusiyada deyil, xaricdə məşq etdiyindən Darya Klişina yarışlara buraxılır", - deyə o söyləyib.

İnformasiyaya əsasən, Rusiya Olimpiya Komitəsi hüquq idarəsinin rəhbəri Aleksandra Brilliantova bildirib ki, İAAF hündürlüyə tullanan Darya Klişina istisna olmaqla rusiyalı bütün idmançıların beynəlxalq yarışlarda, o cümlədən Rio-de-Janeyroda keçiriləcək olimpiadada iştirakına icazə verməkdən imtina edib.

Məlumata görə,  beynəlxalq yarışlarda fərdi iştirak etmək üçün 136 rusiyalı idmançı təşkilata ərizə ilə müraciət edib. Onlardan 68-i Rusiya olimpiya yığması üzvülüyünə namizəd olub.

Xatırladaq ki, bu il avqustun 5-21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində yay olimpiada oyunları keçiriləcək. Rusiya oyunlarda iştirak etmək üçün iyulun 22-dək ərizəsini təqdim etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi