Qurban Qurbanov: "Höteburq"la cavab oyununa maksimum düzgün hazırlaşmağa çalışırıq"

Qurban Qurbanov: "Höteburq"la cavab oyununa maksimum düzgün hazırlaşmağa çalışırıq" "Çalışmalıyıq ki, sonda qələbə bizim olsun"
Fərdi
21 Avqust , 2016 22:46
Qurban Qurbanov: Höteburqla cavab oyununa maksimum düzgün hazırlaşmağa çalışırıq

Bakı. 21 avqust. REPORT.AZ/ "Komandamı təbrik etmək istəyirəm. Bu cür də davam etməli və öz üzərlərində daha çox işləməlidirlər. Azarkeşlərimizə təşəkkür edirəm ki, bu qədər yolu dəstək üçün gəliblər".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda "Neftçi" ilə keçirilmiş oyundan sonra mətbuat konfransında deyib.

Q.Qurbanov Avropa Liqasının "play-off" mərhələsində İsveçin "Höteborq" komandası ilə keçiriləcək cavab oyunu haqda da danışıb:

"Bir neçə oyunçuya istirahət verilmişdi. İstər-istəməz oyundan sonra gərginlik vardı. Öz yorğunluqlarını tam çıxarmamışdılar. "Höteborq"la oyunun hazırlığına başlayacağıq. Nəticəyə görə təzyiqlər normaldır. Səfərdə uduzmuşuq, amma Bakıdakı cavab oyununa maksimum düzgün hazırlaşmağa çalışırıq. Çalışmalıyıq ki, sonda qələbə bizim olsun. Ancaq yaxşı oynayıb, məğlub oluruqsa, narahat olmamalıyıq. Çünki sabah qələbə bizimlə ola bilər. Bir oyuna görə oyunçuya qiymət vermək düzgün deyil. Futbolçunun borcudur ki, meydançada komandaya xeyir versin. Əl-Jadeyui qol vurdu. Amma bu o demək deyil ki, öz işini gördü".

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu 3:0 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi