Yuxarı

​Maykl Felps 22-ci dəfə olimpiya çempionu olub

O, bu medallardan 3 ədədini Rio-de-Janeyroda qazanıb

Bakı. 12 avqust. REPORT.AZ/ Amerikalı Maykl Felps 2016-cı ildə Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə kompleks üzmədə qızıl medal qazanıb.

"Report" xəbər verir ki, bununla da, o, 22-ci dəfə olimpiya çempionu adını qazanmış olub.

Felps bu medalların 3 ədədini Rio-de-Janeyroda əldə edib.

Amerikalı idmançının Olimpiya Oyunlarında ilk medalı 2004-cü ildə Afinada qazanılıb. Onun aktivində ümumilikdə 26 olimpiya medalı var (22 qızıl, 2 gümüş və 2 bürünc).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi