​Ermənistanlı boksçunu məğlub edən boksçu: "Vətən uğrunda döyüşməyə hazırıq"

​Ermənistanlı boksçunu məğlub edən boksçu: "Vətən uğrunda döyüşməyə hazırıq" Cavid Çələbiyev qələbəsini hərbi salamla qeyd edib
Fərdi
15 Aprel , 2016 18:34
​Ermənistanlı boksçunu məğlub edən boksçu: Vətən uğrunda döyüşməyə hazırıq

Bakı. 15 aprel. REPORT.AZ/ "Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm". "Report"un məlumatına görə, bunu Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 56 kq-da lisenziya qazanan Cavid Çələbiyev deyib.

Yarımfinalıda ermənistanlı Aram Avaqyanı məğlub edən C.Çələbiyev vətən uğrunda canından keçməyə hər an hazır olduğunu bildirib: "Hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik və Vətən uğrunda döyüşməyə hazırıq".

C.Çələbiyev qələbəsini hərbi salamla qeyd edib.

Son xəbərlər

Orphus sistemi