Yuxarı

Ermənistan boksçuları Türkiyə və Azərbaycanda keçiriləcək olimpiya lisenziyalı turnirlərə qatılmayacaq

Artur Gevorqyan: Hərbi vəziyyəti nəzərə alaraq...

Bakı. 5 aprel. REPORT.AZ/ Ermənistan boksçuları Türkiyə və Azərbaycanda keçiriləcək olimpiya lisenziyalı reytinq turnirlərində iştirak etməyəcəklər. "Report"un məlumatına görə, bu barədə Ermənistan Boks Federasiyasının prezidenti Artur Gevorqyan açıqlama verib.

A.Gevorqyan bildirib ki, sərbəst qrafiklə xidmət keçən bütün idmançılar öz hərbi hissələrinə qayıdacaqlar: "Hərbi vəziyyəti nəzərə alaraq, federasiya prezidenti kimi öz idmançılarımıza Türkiyə və Azərbaycanda təşkil olunacaq olimpiya lisenziyalı reytinq turnirlərində iştirak imkanı verməyəcəyəm".

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli reytinq turnirlərindən birincisi 9 - 17 apreldə Türkiyənin Samsun şəhərində, sonuncusu isə 14 - 26 iyunda Bakıda olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi