Bakı. 9 avqust. REPORT.AZ/ Braziliyalı cüdoçu Rafaela Silva 57 kq-dək çəki dərəcəsində keçirilən final oyununda monqolustanlı Samiya Doryasurenə qalib gələrək ölkəsinin Rio-de-Janeyro Oyunlarında ilk qızıl medalçısı olub.
"Report" xəbər verir ki, bu çəki dərəcəsində bürünc medalları portuqaliyalı Telma Monteyru və yapon Kaori Matsumoto qazanıb.
Olimpiada. Rio-de-Janeyro (Braziliya)
Cödo, Qadınlar, 57 kq. Final
Rafaela Silva (Braziliya) — Samiya Doryasuren (Monqolustan) — 10:0