BMT baş katibi Olimpiya kəndində olub və qaçqınlardan ibarət komanda ilə görüşüb

BMT baş katibi Olimpiya kəndində olub və qaçqınlardan ibarət komanda ilə görüşüb Tarixdə ilk dəfə qaçqınlardan ibarət komanda Olimpiya Oyunlarında iştirak edəcək
Fərdi
5 Avqust , 2016 09:57
BMT baş katibi Olimpiya kəndində olub və qaçqınlardan ibarət komanda ilə görüşüb

Bakı. 5 avqust. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Rio-de-Janeyroda Olimpiya kəndinə səfər edərək orada qaçqınlardan ibarət komanda ilə görüşüb.

"Report" BMT-nin xəbərlər mərkəzinə istinadən məlumat verir ki, görüş zamanı BMT baş katibi bu gün dünyada yardım və müdafiəyə ehtiyacı olan 65 milyon köçkünün olduğunu xatırladıb.

Qeyd edək ki, tarixdə ilk dəfə qaçqınlardan ibarət komanda Olimpiya Oyunlarında iştirak edəcək. Bu komandanın tərkibinə iki suriyalı üzgüçü, iki konqolu cüdoçu, Efiopiya və Cənubi Sudandan qaçış üzrə 6 idmançı daxildir. Bu idmançılar ölkələrini tərk etmək məcburiyyətində qalaraq, Belçika, Almaniya, Lüksemburq, Keniya və Braziliyada sığınacaq tapıb.

Avqustun 5-də keçiriləcək Rio-2016-nın açılış mərasimində qaçqınlardan ibarət komandanın üzvləri ev sahibi Braziliyadan dərhal sonra Olimpiya bayrağı ilə stadiona daxil olacaq.

Son xəbərlər

Orphus sistemi