Yuxarı

Azərbaycanlı atlet "Rio-2016"nın finalına yüksəlib

Final yarışı avqustun 19-da olacaq

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib. 

"Report"un məlumatına görə, R.Quliyev 200 metr məsafəyə qaçışda öz gücünü göstərib.

İlk olaraq yarımfinala yüksələn atlet 20.09 saniyə ilə finala yüksəlməyi bacarıb. Quliyevin finaldakı rəqibləri sırasında yamaykalı sprinter Useyn Bolt da yer alıb.

Qeyd edək ki, final yarışı avqustun 19-da Bakı vaxtı ilə saat 05:30-da olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi