Azərbaycanlı atlet "Rio-2016"nın finalına yüksəlib

Azərbaycanlı atlet "Rio-2016"nın finalına yüksəlib Final yarışı avqustun 19-da olacaq
Fərdi
18 Avqust , 2016 12:47
Azərbaycanlı atlet Rio-2016nın finalına yüksəlib

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib. 

"Report"un məlumatına görə, R.Quliyev 200 metr məsafəyə qaçışda öz gücünü göstərib.

İlk olaraq yarımfinala yüksələn atlet 20.09 saniyə ilə finala yüksəlməyi bacarıb. Quliyevin finaldakı rəqibləri sırasında yamaykalı sprinter Useyn Bolt da yer alıb.

Qeyd edək ki, final yarışı avqustun 19-da Bakı vaxtı ilə saat 05:30-da olacaq.

Son xəbərlər

Orphus sistemi