Yuxarı

​Azərbaycan velosipedçisi "Rio-2016"ya növbəti lisenziya xalı qazanıb

Azərbaycan velosipedçiləri yekun sıralamada 5-ci yeri tutublar

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın şosse velosipedi üzrə Elit yığma komandası və "Synergy Baku Cycling Project" klubunun üzvü Maksim Averin 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak yolunda növbəti uğurlu addım atıb. Azərbaycan Velosiped Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan təmsilçisi Fransada keçirilən birgünlük "Duo Normand" veloyürüşündə 10 lisenziya xalı qazanmaqla ümumi xallarının sayını 158-ə çatdırıb.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.1 kateqoriyalı yarışında iştirakçılar cüt ötüşmə sistemi üzrə mübarizə aparıblar. Reqlamentə əsasən, komandaların tərkibi fərdi ötüşmə (time trial) üzrə ölkə çempionlarından ibarət olmalı idi ki, "Synergy Baku"nu "Duo Normand" yarışında Azərbaycan çempionu Maksim Averinlə Yunanıstan çempionu Yannis Tamuridis təmsil edib.

Qeyd edək ki, 16 komandanın iştirak etdiyi yarışda Azərbaycan velosipedçiləri 54 km məsafəni 1 saat 9 dəqiqə 37 saniyəyə qət etməklə yekun sıralamada 5-ci yeri tutublar. Nəticədə onların aktivlərinə 10 reytinq xalı yazılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi