Yuxarı

Azərbaycan paralimpiyaçıları ölkəyə qayıdıb - FOTO

Paralimpiyaçılar böyük coşqu ilə qarşılanıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanı 2016-cı il Yay Paralimpiya Oyunlarında təmsil edən idmançılar Bakıya qayıdıblar.

"Report"un məlumatına görə, Rio-de-Janeyro - Paris - Bakı reysi ilə hərəkət edən təyyarə saat 18:35-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Paralimpiyaçılar hava limanında böyük coşqu ilə qarşılanıblar. İdmançıları qarşılamağa gələnlər arasında Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, paralimpiyaçıların ailə üzvləri, yaxınlar, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri olublar.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Rio-de-Janeyroda 1-i qızıl, 8-i gümüş, 2-si bürünc olmaqla, ümumilikdə 11 medal qazanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi