Azərbaycan paralimpiyaçıları ölkəyə qayıdıb - FOTO

Azərbaycan paralimpiyaçıları ölkəyə qayıdıb - FOTO Paralimpiyaçılar böyük coşqu ilə qarşılanıb
Fərdi
22 Sentyabr , 2016 18:42
Azərbaycan paralimpiyaçıları ölkəyə qayıdıb - FOTO

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanı 2016-cı il Yay Paralimpiya Oyunlarında təmsil edən idmançılar Bakıya qayıdıblar.

"Report"un məlumatına görə, Rio-de-Janeyro - Paris - Bakı reysi ilə hərəkət edən təyyarə saat 18:35-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Paralimpiyaçılar hava limanında böyük coşqu ilə qarşılanıblar. İdmançıları qarşılamağa gələnlər arasında Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, paralimpiyaçıların ailə üzvləri, yaxınlar, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri olublar.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Rio-de-Janeyroda 1-i qızıl, 8-i gümüş, 2-si bürünc olmaqla, ümumilikdə 11 medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi