Yuxarı

Azərbaycan güləşçisi Rəsul Çunayev rəqibini 19 saniyəyə məğlub edib - VİDEO

Növbəti rəqib belaruslu Pavel Lyax olacaq

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan yunan-Roma güləşçisi Rəsul Çunayev Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turnirinə qələbə ilə başlayıb. "Report"un məlumatına görə, dünya çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi ilk görüşündə xorvatiyalı Dominik Etlingeri 19 saniyəyə məğlub edib.

Görüşün əvvəlindəcə o, rəqibinin kürəyini döşəyə sıxaraq, təmiz qələbə qazanıb. 

Çunayevin 1/8 finaldakı rəqibi belaruslu Pavel Lyax olacaq. Olimpiadaya lisenziya qazanmaq üçün finala vəsiqə əldə etmək lazımdır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi