Azərbaycan güləşçisi Rəsul Çunayev rəqibini 19 saniyəyə məğlub edib - VİDEO

Azərbaycan güləşçisi Rəsul Çunayev rəqibini 19 saniyəyə məğlub edib - VİDEO Növbəti rəqib belaruslu Pavel Lyax olacaq
Fərdi
6 May , 2016 11:32
Azərbaycan güləşçisi Rəsul Çunayev rəqibini 19 saniyəyə məğlub edib - VİDEO

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan yunan-Roma güləşçisi Rəsul Çunayev Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turnirinə qələbə ilə başlayıb. "Report"un məlumatına görə, dünya çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi ilk görüşündə xorvatiyalı Dominik Etlingeri 19 saniyəyə məğlub edib.

Görüşün əvvəlindəcə o, rəqibinin kürəyini döşəyə sıxaraq, təmiz qələbə qazanıb. 

Çunayevin 1/8 finaldakı rəqibi belaruslu Pavel Lyax olacaq. Olimpiadaya lisenziya qazanmaq üçün finala vəsiqə əldə etmək lazımdır.  

Son xəbərlər

Orphus sistemi