Avropa Qran Prisi ilə əlaqədar boks üzrə olimpiya lisenziyalı turnir Qəbələdə keçirilə bilər

Avropa Qran Prisi ilə əlaqədar boks üzrə olimpiya lisenziyalı turnir Qəbələdə keçirilə bilər Nağı Səfərov: "AİBA nümayəndəsi bölgədəki şəraitlə tanış olub"
Fərdi
6 Aprel , 2016 10:11
Avropa Qran Prisi ilə əlaqədar boks üzrə olimpiya lisenziyalı turnir Qəbələdə keçirilə bilər

Bakı. 6 aprel. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Dünya Yekun Təsnifat Turniri Bakıdan Qəbələyə keçirilə bilər. Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının (ABF) icraçı direktoru Nağı Səfərov məlumat verib.

Onun sözlərinə görə, səbəb turnirin tarixinin iyunun 17-də Bakıda start götürəcək Formula 1 üzrə Avropa Qran Prisi günlərinə təsadüf etməsi və nüfuzlu yarışları yalnız paytaxtda yox, bölgədə də keçirmək istəyidir. N.Səfərov bu məqsədlə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) nümayəndəsinin ötən gün Qəbələdəki şəraitlə tanış olduğunu da açıqlayıb: "Onun hansı fikirdə olduğunu deyə bilmərəm. Amma Qəbələdə 2000-dək qonağın hotellərdə qalması üçün hər cür şərait var. Üstəlik, Qəbələ Olimpiya Kompleksinin zalı da normal vəziyyətdədir. Məncə, aprelin sonlarınadək AİBA yarış məkanı ilə bağlı yekun qərarını açıqlayacaq".

Qeyd edək ki, Dünya Yekun Təsnifat Turniri 14 - 26 iyunda keçirilməlidir. Formula 1 üzrə Avropa Qran Prisi isə iyunun 19-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi