Zəfər qoxulu yarmarkadan VİDEOREPORTAJ

Zəfər qoxulu yarmarkadan VİDEOREPORTAJ Zəfər qoxulu yarmarkadan-VİDEOREPORTAJ
Multimedia
3 Noyabr , 2021 21:33
Zəfər qoxulu yarmarkadan VİDEOREPORTAJ
0 : 00
0 : 00

“İnsanların “Zəfər” yarmarkasına olan böyük marağı bizi də təəccübləndirdi”.

Bunu "Report"a açıqlamasında "YAŞAT" Fondunun rəhbəri, Vətən müharibəsi qazisi Elvin Hüseynov deyib.

Çoxlu sayda ziyarətçi axınının olacağını gözləmədiklərini bildirən Fond rəhbəri bu formada yarmarkanın ölkədə ilk dəfə təşkil olunduğunu diqqətə çatdırıb: “Yarmarkada şirkətlərin öz məhsullarının satışının həyata keçirilməsi ilə yanaşı, kiçik hərbi şəhərcik də var. Hansı ki, həmin şəhərcikdə 44 günlük Vətən müharibəsində istifadə olunan hərbi texnika burada nümayiş olunur. İnsanların yarmarkaya olan marağı, onlardakı qürür hissi çox sevindiricidir”.

Qeyd edək ki, yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.

“Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda keçirilən “Zəfər” yarmarkası noyabrın 9-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi