Yuxarı
    Bağlamaq

    Yevlax sakininin həyətindən 61 ədəd çətənə kolu aşkar edilib - FOTO - VİDEO

    Həmin şəxs 61 ədəd çətənə kolunu aqrotexniki qulluq etməklə yetişdirib

    Yevlax. 2 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutulub. "Report"un Qarabağ bürosunun məlumatına görə, narkotik tərkibli bitkilər rayonun Havarlı kənd sakini Elçin Fətulla oğlu Şərifzadənin həyətyanı sahəsində aşkar edilib. 
    Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E.Şərifzadə saxlanılıb. Onun həyətinə baxış keçirən zaman məlum olub ki, həmin şəxs 61 ədəd çətənə kolunu xüsusi aqrotexniki qulluq etməklə yetişdirib.
    Faktla bağlı araşdırmalara başlanılıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi