Bakı. 27 mart. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı götürülmüş Mikayıl Müşfiqin abidəsi əvvəlki yerinə qaytarılıb.
"Report"un xəbərinə görə, heykəlin açılış mərasimi yaxın günlərdə olacaq.
Qeyd edək ki, görkəmli şair Mikayıl Müşfiqin heykəlinin yarım əsrədək yaşı var və "Azərbaycan Respublikasının ərazisində olan, dövlət tərəfindən qorunan tarixi və mədəni abidələr" siyahısına daxildir.