Xocalı faciəsinin şahidi: "Girov düşsəydik, özümüzü öldürəcəkdik" - VİDEOREPOTAJ

Xocalı faciəsinin şahidi: "Girov düşsəydik, özümüzü öldürəcəkdik" - VİDEOREPOTAJ Xocalı faciəsinin şahidi: “Üstümüzdə qranat götürdük ki, girov düşərsək özümüzü öldürək” 
Multimedia
26 Fevral , 2022 12:50
Xocalı faciəsinin şahidi: Girov düşsəydik, özümüzü öldürəcəkdik - VİDEOREPOTAJ

“Artıq vəziyyət gərginləşəndə biz düşmən tərəfdən hücumun olacağını ehtimal edirdik. Hadisə baş verən gecə isə özümlə qumbara da götürmüşdüm".

Bunu “Report”a açıqlamasında "Zirə"nin U-16 komandasının futbolçusu Ömər Əliaslanlının nənəsi, Xocalı faciəsinin şahidlərindən olan Validə Rzayeva həmin gecə baş verənlərdən danışarkən deyib.

Faciəvi gecəni xatırlamaq istəmədiyini bildirən V.Rzayeva o gecənin izlərinin hələ də unudulmadığını bildirib: “Müharibə şəraitində yaşadığımıza görə silahdan istifadə qaydasını həyat yoldaşım mənə və övladlarıma öyrətmişdi. Girov düşəcəyimiz təqdirdə, özümüzü öldürəcəkdik. Evimizdən çıxmaq məcburiyyətində qalanda heç bir əşyamızı götürməmişdik. Bir tək evin qapılarını bağlayıb çıxdım. Yenidən evimizə qayıdacağımıza ümidli idim. Yarı yola çatanda ayağımızda evdə geyindiyimiz ayaqqabıların olduğunun fərqinə vardıq. Geri qayıdıb daha qalın geyinib sonra yola çıxmağı qərarlaşdırdıq. Elə yaxınlaşırdım ki, evin arxa tərəfinə düşmən güllələri yağmağa başladı. O vəziyyətdə heç nə götürə bilmədim. Yolda evimizin açarlarını belə atdım”.

Qarlı qış gecəsində ayağıyalın saatlarla yol gəlmək məcburiyyətində qaldıqlarını söyləyən V.Rzayevanın sözlərinə görə, soyuq havada buz kimi çaydan keçməli olublar: "Həmin gecə hər tərəf ağ örpəyə bürünmüşdü, soyuqdan bayırda dayanmaq mümkün deyildi. O şaxtada isə biz buz kimi çaydan keçməli idik. Yola davam etmək üçün hər kəs məcbur qalıb çayı keçdi. Aylarla müalicə alsam da, o gecənin soyuğunun fəsadlarını hələ də hiss edirəm”.

İllərin keçməsinə baxmayaraq, V.Rzayeva Xocalı faciəsinin dəhşətlərini unutmur, erməni vandallığının şahidi olmuş biri kimi hələ də o günlərin acısını hiss edir: “O çətin günləri yaşayan biri olaraq, həmin gündən sonra necə yaşadığımla bağlı özüm özümə suallar verirdim. Həyat yoldaşımı itirsəm də, övladlarıma görə yaşadığım çətinliklərin acısına dözdüm. Lakin heç vaxt Xocalı faciəsini unutmuruq, hər il fevralın 26-a yaxınlaşdıqda isə o ağrını daha çox hiss edirik”.

Daha ətraflı videoreportajda:

Son xəbərlər

Orphus sistemi